AZ

ICESCO-nun Rabat şəhərindəki baş qərargahında beynəlxalq konfrans işini sessiyalarla davam etdirib

ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” mövzusunda təşkil olunan beynəlxalq konfrans işini sessiyalarla davam etdirib. 

Bu barədə Missiya.Az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. “Avropa Müsəlman Liderləri Məclisi” (“Eulema”) təşkilatının sədri doktor Yəhya Pallavicinin moderatorluğu ilə “Dinlərarası harmoniya davamlı inkişafın əsas elementi kimi” mövzusunda keçirilən I sessiyada çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru Əhməd Abdullah Zayed Hegab deyib ki, dinlərin müxtəlifliyini qəbul etmək - onları təbii zənginlik kimi görməkdir: "Bu isə dinlərarası harmoniya üçün ən vacib elementdir. Biz dinlərin fərqliliklərini deyil, ortaq dəyərlərini ön plana çıxarmalıyıq. Bu gün dünyada baş verən əksər münaqişələrin kökündə yanlış anlaşılmalar, dözümsüzlük və stereotiplərdən kənara çıxa bilməmək durur. Məhz buna görə də sülhün və sabitliyin bərqərar olması üçün dinlərarası harmoniyanın yaradılması qaçılmazdır". 

Milli Məclisin sədr müavini Rafael Hüseynov bildirib ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dünyada müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birliyini yaradan ölkə kimi tanınır. Seneqal Prezidenti yanında Dini işlər və ərəb dili məzunlarının inteqrasiyası üzrə direktor Cim Dreym söyləyib ki ki, hər kəsin dini inanclarını azad və qorxusuz şəkildə yaşaması üçün dinlərarası anlaşma vacibdir. İslam elmləri üzrə tədqiqatçı, liviyalı professor Camal Əbdüssəlam əl-Həcrisi çıxışında dinlərarası dialoq və harmoniyanın əhəmiyyətini vurğulayaraq sülh və əmin-amanlığın təmin olunmasında dinlərin müsbət rolunu qeyd edib. London İslam Mərkəzinin direktoru, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təmsilçisi Əhməd əl-Dubayan dinlərarası münasibətlərin və birgəyaşayışın vacibliyini, müasir dünyada müxtəlif dinlərə mənsub insanların bir arada sülh və əmin-amanlıq şəraitində yaşamasının böyük önəm daşıdığını vurğulayıb. Azərbaycanın dünyada humanizm prinsiplərinə sadiq, sülhsevər və tolerant ölkə kimi tanındığını deyən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsinin və beynəlxalq arenada tolerantlıq mərkəzi kimi tanınmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyev tolerantlığı dövlət siyasətinin prioritet istiqamətlərindən və əsas hədəflərindən birinə çevirib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi də bu sahəyə olan diqqətin göstəricisidir. Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. 

Bildirib ki, Azərbaycan harmoniya və birgəyaşayışın qiymətləndirildiyi, insan ləyaqətinə yüksək verildiyi ölkədir. Beynəlxalq konfrans işini növbəti sessiya ilə davam etdirəcək.

phrase_var_article.chosen
40
4
missiya.az

6phrase_var_article.sources