AZ

Almaniya kansleri istefaya göndərilir...

"Koalisiya dağıldıqdan sonra Bundestaq buraxılacaq, sorğular mühafizəkarlar və ifrat sağçılara qələbə vəd edir..."
 
Almaniya Bundestaqı (parlamentin aşağı palatası) ölkənin federal kansleri Olaf Şoltsa etimadsızlıq göstərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bazar günü, dekabrın 16-da keçirilən
səsvermənin gedişində kanslerə 207 deputat dəstək verib, 116 deputat  bitərəf qalıb.
 
Bu qərar Bundestaqa növbədənkənar seçkilərə yol açıb. Siyasətçilər seçkilərin ilkin keçirilmə tarixini açıqlayıb, seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək.
 
Kanslerə etimadsızlıq göstərilməsinə ən böyük müxalifət fraksiyasının- Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ), habelə hakim koalisiyanın tərkibindən çıxan Azad Demokrat Partiyasının (ADP) üzvləri səs verib. 
 
Etimadsızlıq qərarına Sol partiyalar və Populist hərəkatların- Sara Vaqenkneht  İttifaqı və AfD (Almaniya üçün Alternativ) nümayəndələri dəstək verib.
 
"Azadlıq Radiosu" məlumat verib ki, etimad göstərilməsi ilə bağlı səsvermənin keçirilməsini Olaf Şoltsun özü noyabr ayında maliyyə naziri və ADP-nin lideri Kristiana Lindberi büdcə məsələlərində ixtilaflar səbəbindən işdən azad etdikdən sonra tələb edib. 
 
Səsvermədən öncə kansler bundestaqın plenar iclasında çıxış edib. "Siyasət oyun deyil", - o, deyib və ADP-ni tətkibinə həmçinin Almaniya Sosial-Demokrat Partiyası (Şoltsun partiyası) və 90-lar İttifaqı-Yaşıllar Blokunun daxil olduğu koalisiyanın parçalanmasında ittiham edib.
 
Şolts ölkənin müdafiəsinə irimiqyaslı investisiyalar qoyulmasına çağırış edib və Almaniyanın Avropada ən güclü tərəfdaşı olaraq qalacağını vəd edib. Bu zaman o, əmin edib ki, heç vaxt alman əsgərlərini Rusiya ilə döyüşə göndərməyəcək və münaqişəni qızışdırmayacaq.
 
Onun bu nitqi deputatların əksəriyyətinə təsir göstərməyib. Şoltsa etimadsızlıq məsələsi əvvəlcədən həll edilmiş hesab edilib. İndi Almaniya prezidenti Frank-Valter Ştaynmayyer Bundestaqı buraxmalıdır.
 
İctimai rəy sorğularının nəticələrinə görə, seçicilərin əksəriyyət səsinə Fridrix Merts başda olmaqla XDİ/XSİ mühafizəkar bloku iddia edə bilər.
 
Bu blok müdafiə xərclərinin artırılması və Ukraynaya fəal yardım göstərilməsinə tərəfdardır və qətiyyətlə Kremlin şərtləri əsasında sülh danışıqlarına qarşı çıxır. Merts Ukraynaya Kiyevin çoxdan xahiş etdiyi "Taurus" raketlərinin tədarükünü istisna etmir.
 
Bununla yanaşı, sosioloqlar radikal siyasi qruplaşmaların, ilk növbədə müsəlman ölkələrdən immiqrasiyanın əleyhinə etirazlar dalğasında bərkiyən AfD-nin təsirinin gücləndirilməsi imkanından danışır.
 
Bu partiyanın bəzi xadimləri nasistlərə simpatiyalarını gizlətmir. AfD hələ ki, sorğuların nəticələrinə görə ikinci yerdədir, sosial-demokratlar və koalisiya üzrə sabiq tərəfdaşı olan 90-cı illər İttifaqı/Yaşıllar blokunu geridə qoyub.
Seçilən
49
moderator.az

1Mənbələr