AZ

4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı - 13 ədəd... - FOTO

Türkiyədə 4 yaşlı uşağın bağırsağından 13 ədəd maqnit muncuq çıxarılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yozqatda baş verib. Maqnit muncuqları udan uşaq Yozqat Şəhər Xəstəxanasında əməliyyat olunub.

Uşaq cərrahı Serkan Odabaşı bildirib ki, maqnit muncuqları adi maqnitlərdən 5-10 dəfə daha güclü çəkim gücünə malik ola bilər. Rəngli və parlaq görünüşləri uşaqların marağına səbəb olur və onlar tərəfindən udula bilər. Güclü çəkim nəticəsində maqnitlər mədə və bağırsaq kimi orqanlarda bir-birinə yapışaraq toxuma zədələnməsi, qanqrena və deşilmələrə səbəb ola bilər.

Rentgen müayinəsi ilə maqnitlərin yer dəyişmədiyi müəyyən edilib və qapalı əməliyyata qərar verilib. Əməliyyat zamanı uşağın zədələnmiş 3-4 sm-lik bağırsaq hissəsi çıxarılıb və bağırsağından 13 ədəd rəngli maqnit muncuq çıxarılıb.

Uşaq əməliyyatdan sonra sağlamlığına qovuşub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
56
9
milli.az

10Mənbələr