AZ

Hakimlərin seçimi 3 mərhələyə endirildi

Hakimlərin seçimi 3 mərhələyə endirilib.

Apress.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə, hakimlərin seçim prosesinin daha da sürətləndirilməsi və hakim təyin edildikdən sonra ilkin təlimin həyata keçirilməsi ilə bağlı müddəaların qanunvericiliyə əlavə edilməsi nəzərdə tutulur.
Belə ki, hakimlərin seçim prosesi test imtahanı, yazılı imtahan və müsahibə əsasında olmaqla  – üç mərhələdən ibarət olacaqdır.
Eyni zamanda namizədlər təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Akademiyasında Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb ediləcəklər.
Seçilən
25
1
apress.az

2Mənbələr