AZ

"Mənim yalnız burada xoşbəxt olan oyunçulara ehtiyacım var” - Ranyeridən ikibaşlı açıqlama

"Roma"nın məşqçisi Klaudio Ranyeri hücumçu Paulo Dibalanın komandadakı gələcəyi barədə danışıb. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. 

Mütəxəssis bildirib ki, argentinalının "Roma"da oynamasına və əla formada meydana çıxmasına görə sevinir. Təcrübəli məşqçi onu da əlavə edib ki, hər iki tərəf razılığa gəlməlidirlər: “Əgər o, qalmaq istəmirsə, hər zaman ayrılmaq variantı var. Mənim yalnız burada xoşbəxt olan oyunçulara ehtiyacım var”. 

Paulo Dibalanın xidmətində Türkiyənin "Qalatasaray" klubunun maraqlı olduğu və "Roma" klubu ilə razılığa gəlmək üzrə olduğu bildirilir.

Mirağa

Seçilən
30
fanat.az

1Mənbələr