AZ

12 ölkə Rusiyaya qarşı birləşdi

Tallində (Estoniya) keçirilən JEF liderlərinin sammiti zamanı 12 Avropa ölkəsi, o cümlədən Danimarka, Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, İsveç və Böyük Britaniya Rusiyanın “kölgə donanması”nı durdurmaqla bağlı razılaşıb. Dekabrın 16-da ölkələrin birgə bəyanatı Estoniya hökumətinin saytında dərc olunub.

Sənəddə Rusiyanın “kölgə donanması”nın Avropanın təhlükəsizliyinə, iqtisadiyyatına və ətraf mühitinə yaratdığı təhdidlərdən və “sanksiyalardan yan keçmək üçün Rusiyanın Ukraynaya qarşı müharibəsinin xərclərini artırmaqla” belə qeyri-qanuni əməliyyatlara qarşı durmağın və onların təsirini azaltmağın zəruriliyindən bəhs edilir”. İştirakçı ölkələr bunun qarşısını almaqda qərarlıdırlar. Estoniyanın baş naziri Kristen Mixal, “Kölgədə işləməyi seçənlər nəticələrini qəbul etməlidirlər” – deyib.

Bildirilir ki, “Baltik və Şimal dənizlərinin həssas bölgələrində yerləşən sahilyanı ölkələr” La-Manş boğazından, Danimarka Böyük Kəmərindən, Danimarka ilə İsveç arasındakı boğazdan və Finlandiya körfəzindən keçən şübhəli gəmilərin sığortasını qiymətləndirəcək və ona “birgə cavab” verəcək.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
13
editor.az

1phrase_var_article.sources