AZ

Filip Foden: “Mançester Yunayted” yenidən işə başlamalıdır”

“Mançester Siti”nin hücumçusu Filip Foden Premyer Liqanın 16-cı turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ingilis futbolçu 1:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:

“Çox məyus olduq. Oyun öz əlimizdə idi. İndi biz birlikdə yerdə qalmalı, yenidən qurulmalı və yenidən işə başlamalıyıq”, deyə Foden vurğulayıb.

Yeri gəlmişkən, Rusiya yığmasının keçmiş hücumçusu Pavel Poqrebnyak da “Mançester Siti”nin uğursuz nəticələri haqda fikrini bildirib. Keçmiş futbolçunun bu barədə fikrini təqdim edirik:

“Səbəb qətiyyətlə Rodri ilə bağlı deyil, çünki bir oyunçu komandanın çıxışına təsir edə bilməz. Xosep Qvardiola bu məsələnin həllini arayacaq. Amma vəziyyət asan deyil”.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Fil cari mövsümdə “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib. O, “Mançester Siti”nin heyətində bütövlükdə 277 oyun keçirib, 88 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.

Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 288 oyun, 90 qol, 55 məhsuldar ötürmə.

Foden “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku yarışlarında qalib olub.

Fil Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 42 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı Fil Fodenin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
19
arena.az

1phrase_var_article.sources