AZ

“Neftçi” bizə imkanı vermirdi” - Məğlub tərəfin kapitanı

“Oyun istədiyimiz kimi başlamadı. İstədiklərimizi meydanda yerinə yetirə bilmədik, sonluq belə alındı”.

“Kəpəz”in müdafiəçisi Yeqor Xvalko Sportinfo.az-a açlıqlamasında “Neftçi”yə məğlubiyyəti şərh edib.

“Neftçi Arena”da baş tutan görüşün ilk yarısında 2 qol vuran “ağ-qaralar” fasilədən sonra qapısında top görsə də, qələbə hesabını sona qədər qorumağı bacardı.

Gəncə təmsilçisinin belaruslu legioneri ilk hissədəki bərbad oyunun və boşa verilən qol fürsətinin yekun nəticədə həlledici rol olduğunu gizlətməyib:

“Hər şey buraxılan ilk 2 qoldan başladı. Səbəbini özüm də bilmirəm.

Səhvlər sıralandıqca, rəqib bundan maksimum yararlandı. “Neftçi” bizdəki çaşqınlığı görüb pressinq edir, bizə düşünmək imkanı vermirdi.

Əslində, “Neftçi”nin adına görə həyəcan-filan yox idi. Turnir cədvəlində bizə yaxın komandalardan biridir.

Əksinə, xalların bərabərləşməsi üçün bizim üçün əla imkan və motivasiya idi. İkinci yarıda əla oynadıq.

Topa nəzarət etdik, qol imkanları yaratdıq, qol vurduq, hətta bərabərlik topunu vura bilərdik. “Neftçi” isə əsas diqqəti müdafiəyə ayırmışdı.

Belə oyunlarda ələ düşən ən kiçik imkanı belə, dəyərləndirmək lazımdır. “Səbail”lə “Sabah”a son dəqiqələrdə qol vura bilmişdiksə, bu gün bunu bacarmadı”.

“Neftçi” bu qələbədən sonra xalların sayını 16-ya yüksəltsə də, “Kəpəz” 10 xalla 9-cudur.

HƏBİB

phrase_var_article.chosen
22
sportinfo.az

1phrase_var_article.sources