"Çelsi"nin və Ukrayna millisinin cinah yarımmüdafiəçisi Mixail Mudrik müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb ukraynalı yarımmüdafiəçinin dopinq testinin müsbət çıxması olub.
Daha əvvəl futbolçunun “A” nümunəsində qadağan olunmuş dərman tapıldığı məlum olub. Tezliklə “B” nümunəsi açılacaq. Əgər müsbət çıxsa, Mudrik uzun müddət diskvalifikasiya ilə üzləşəcək.
İngiltərə çempionatının bu mövsümündə 23 yaşlı cinah yarımmüdafiəçisi 7 matçda qol vurmadan iştirak edib. Mixailin transfer qiyməti 30 milyon avrodur.