AZ

Tbilisidə hökumət əleyhinə etiraz aksiyaları davam edir

Bakı. Trend:

Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə növbətietiraz aksiyası keçirilib.

Trend-in TASS-aistinadən verdiyi məlumata görə, bir neçə yüz nəfər Rustaveliprospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərinmərkəzindən kortejlərlə parlament binasına gəliblər.

Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerindəhüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı,Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-dənbaşlayıb. İlk həftə qarşıdurmalarla yadda qalan mitinqlərdəetirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb.Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi halda,etirazçılar pirotexniki vasitələrlə cavab veriblər.

Son günlər aksiyalar dinc xarakter alıb və hüquq-mühafizəorqanları prospektdəki növbətçiliyi dayandırıb. Mitinqlər parlamentbinası qarşısında hər gün davam edir.

Seçilən
32
33
az.trend.az

10Mənbələr