AZ

Trent "Liverpul"dan tələbi - Salah qədər

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold "Liverpul"la yeni müqavilə bağlamağı hazırdır.

İdman.biz xəbər verir ki, ingilis futbolçunun klubdan bir tələbi var.

Trent az əvvəl "qırmızılar"la yeni müqavilə imzalayan Mohammed Salahla eyni maaşı arzulayır. Misirli futbolçu az əvvəl həftəsi 350 min funtdan 3 illik müqavilə imzalayıb. 26 yaşlı müdafiəçi hazırda həftəyə 180 min funt qazanır. "Liverpuı" Arnolda 250 minlik müqavilə təklif etsə də, o, hələlik müsbət cavab verməyib.

Qeyd edək ki, növbəti ayda tərəflər danışıqları yenidən bərpa edəcəklər. Razılaşma əldə olunmasa, Trentin "Real"a keçməsi gözlənilir.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr