Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən mandatını verməkdən imtina edib.
Qaziler.az xəbər verir ki, onun müsahibəsini İsveçrənin “Temps” qəzeti dərc edib.
O, yeni parlament seçkiləri keçirilməyənə qədər mandatını təhvil verməyəcəyini bildirib və Avropa İttifaqını müxalifətin etirazlarına dəstək verməyə çağırıb.
Zurabişvilinin sözlərinə görə, o, artıq hakim “Gürcü arzusu” partiyası ilə əlaqə saxlamır.
QAZİLER.AZ