AZ

Tbilisidə etiraz aksiyaları davam edir

Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, bir neçə yüz nəfər Rustaveli prospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərin mərkəzindən kortejlərlə parlament binasına gəliblər.

Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı, Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-dən başlayıb. İlk həftə qarşıdurmalarla yadda qalan mitinqlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi halda, etirazçılar pirotexniki vasitələrlə cavab veriblər.

Son günlər aksiyalar dinc xarakter alıb və hüquq-mühafizə orqanları prospektdəki növbətçiliyi dayandırıb. Mitinqlər parlament binası qarşısında hər gün davam edir.

Seçilən
22
33
ikisahil.az

10Mənbələr