AZ

Zelenski Orbanın vasitəçiliyindən imtina etdi

Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir.

 

Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

“Ukraynanın Macarıstan Baş naziri Viktor Orban kimi vasitəçilərə ehtiyacı yoxdur. O, Rusiya Prezidenti Vladimir Putinə necə təzyiq edəcək? Biz ABŞ-la birbaşa əlaqə saxlamalıyıq”, - Zelenski söyləyib.

 

Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Zelenskinin Orbanla atəşkəs barədə danışıqlardan imtina etdiyini bildirmişdi.

Seçilən
20
14
senzor.az

10Mənbələr