AZ

Türkiyə ilə ABŞ arasında fikir ayrılığı var -

ABŞ Suriyada terror təşkilatı PKK/YPG-nin varlığı ilə bağlı Türkiyə ilə danışıqlar aparır. Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən belə açıqlama verilib. Departament sözçüsü Metyu Miller ABŞ-nin Türkiyənin terror təşkilatına qarşı özünümüdafiə haqqını dəstəklədiyini ifadə edib. Miller Suriyadakı keçid prosesinə toxunaraq ABŞ-nin terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyin iki ölkə arasında əsas fikir ayrılıqlarından biri olduğunu ifadə edib.

ABŞ sözçüsü Suriyadakı PKK/YPG varlığı ilə bağlı, "Bu məsələ türk həmkarlarımızla üzərində işləməyə davam etdiyimiz son dərəcə həssas və çətin bir məsələdir. Bu mövzu nazir Blinken ilə türkiyəli həmkarı arasında aparılan müzakirələrin böyük hissəsini təşkil etdi” - deyə bildirib.

Seçilən
18
metbuat.az

1Mənbələr