AZ

Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruzQALDI

Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Dekabrın 14-də Almaniya Daxili İşlər Nazirliyinin internet saytı bir neçə saat ərzində işləməyib.

Nazirliyin rəsmisi bildirib ki, nasazlıq 12:30 (Bakı vaxtı ilə 15:30) ilə 14:30 (Bakı vaxtı ilə 17:30) arasında baş verib.

“Federal İnformasiya Texnologiyaları Mərkəzinin təhlili göstərib ki, Almaniya Daxili İşlər Nazirliyinin saytının qısa müddət ərzində əlçatmaz olmasının səbəbi DDoS (Denial-Of-Service Attack) hücumu olub”.

phrase_var_article.chosen
21
9
redaktor.az

10phrase_var_article.sources