AZ

Geely və Baidu birgə Jiyue brendini ləğv edirlər

...Çinin Geely və Baidu şirkətləri birgə avtomobil markası Jiyue-ni ləğv ediblər. Bağlanmanın əsas səbəbləri satışların zəif olması və ödənilməmiş maliyyə öhdəlikləri olub.

SİA-nın məlumatına görə, əvvəllər Jiyue brendi Jidu Auto adı altında fəaliyyət göstərirdi və şirkətin səhmləri Baidu (55 faiz) və Geely (45 faiz) arasında bölüşdürülmüşdü.

Lakin sonradan restrukturizasiya baş verdi və Geely 65 faiz​​nəzarət paketini aldı. 2023-cü ildə buraxılan ilk model Jiyue 01-in satışları zəif idi. 2024-cü ilin sentyabrında təqdim edilən Jiyue 07 sedanı müvəqqəti olaraq ayda bir neçə min avtomobilin satışını artırdı, lakin bu, kifayət etmədi. İlin sonunda Jiyue cəmi 13 834 avtomobil satıb.

Yayımlanan məlumata görə, 2024-cü ilin oktyabrında Baidu şirkəti audit etdi və 7 milyard yuan (962 milyon dollar) dəyərində maliyyə boşluğu aşkar etdi. Bu, əlavə investisiyalardan imtina üçün səbəb oldu.

Vəziyyəti şirkətin maliyyə direktoru Liu Jininqin mühasibat sənədləri ilə birlikdə yoxa çıxması daha da ağırlaşdırıb. Digər məlumatlara görə, Jiyue CEO-su Sia Yiping tədarükçülərə həddindən artıq pul ödəyir və komponentlər eləcə dəavtomobil istehsalı üçün Geely-yə borcları 1,5 milyard yuana (206 milyon dollar) çatır. 2024-cü ilin noyabrında Geely Jiyue avtomobillərinin istehsalını tamamilə dayandırı.

Nazlı Almuradova

Seçilən
31
sia.az

1Mənbələr