AZ

Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyata hazırlaşır

Türkiyə ordusu və Suriya Milli Ordusunun birləşmələrinin Suriyanın şimalında PKK-YPG qruplaşmalarına qarşı hərbi əməliyyata hazırlaşır.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” hərbi-analitik portalı məlumat yayıb.

Portalın məlumatında deyilir ki, İlk olaraq Mənbicdən Türkiyə ərazisi ilə Kobani (Ayn əl-Ərəb) istiqamətində hərəkət edən hərbi texnika qeydə alınıb.

Cerabulusdan Tel Abyada qədər olan ərazi boyunca türklər tərəfindən 2019-cu ildə quraşdırılmış hasarın və divarların sökülməsinə başlanılıb. Mina sahələri təmizlənir.

Karakozak körpüsü və Tişrin bəndi ərazisində SNA personalının sayı da artırılıb. Keçidin ətrafı hazırda Amerika hərbçilərinin nəzarətindədir.

Türkiyə quru qüvvələrinin bir neçə koloniyası Türkiyənin Şanlıurfa bölgəsindən Suriya ilə sərhədə doğru irəliləyib. Bir neçə aviabazanın ərazisindən isə müxtəlif PUA-lar kürdlərin nəzarətində olan şəhərlərə doğru istiqamət alıb.

Təhlildə deyilir ki, Türkiyə əməliyyatı çoxdan gözlənilirdi.

PKK-YPG-nın Kobanidəki mövqeyi son dərəcə həssasdır. Planlaşdırlan hucum bir anda üç istiqamətdən başlasa  kürd qruplaşmasının vəziyyəti ağır olacaq.

 

phrase_var_article.chosen
45
azpost.info

1phrase_var_article.sources