AZ

"Qazprom"un səhmləri son 16 ilin ən aşağı səviyyəsində - "Bloomberg"

Sanksiyalar səbəbindən Avropa təbii qaz bazarındakı payını əhəmiyyətli dərəcədə itirən "Qazprom"un səhmləri, Rusiya təbii qazının Ukrayna üzərindən nəqlinə dair müqavilənin sona yaxınlaşması ilə dəyər itirir.  

Valyuta.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da 2,4 faiz dəyər itirərək 106,1 rubl səviyyəsinə düşən "Qazprom"un səhmləri, beləliklə yanvar 2009-cu ildən bəri ən aşağı səviyyəyə çatıb.  

Moskva birjası ("MOEX") da 1,78 faiz dəyər itirərək 2.377 punkt səviyyəsinə düşdü, dollar əsaslı "RTS" indeksi isə 1,86 faiz azalaraq 727 punkta endi.  

Ukrayna müharibəsindən əvvəl Avropa İttifaqının ən böyük təbii qaz tədarükçüsü olan Rusiya, təxminən 50 il davam edən boru kəməri investisiyaları ilə 2022-ci ilə qədər Avropa İttifaqındakı bazar payını 40 faizə qədər artırmışdı.  

Sanksiyalar səbəbindən müştərilərini ABŞ, Qətər və Norveç kimi mayeləşdirilmiş təbii qaz tədarükçülərinə itirən Rusiya, ötən il Avropa İttifaqına təxminən 15 milyard kubmetr təbii qaz nəql edib. Halbuki bu həcm 2021-ci ildə 201,7 milyard kubmetr səviyyəsində idi.  

Rəhim

Seçilən
13
valyuta.az

1Mənbələr