AZ

Zaxarova terror aktlarını dəstəkləyən ölkələrin adlarını açıqlayıb

"Moskvanın Ryazanski prospektində baş verən və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, eləcə də köməkçisinin ölümü ilə nəticələnən terror aktının günahkarlarını istintaq müəyyən edəcək".

APA xəbər verir, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

O bildirib ki, "bu hadisəni törədənləri təhrik və təqdir edənlər" Fransa, Avstriya, İsveç. Lüksemburq, Niderland, Norveç, Britaniya, Litva, Estoniya, Çexiya, Çili, Uruqvay, Cənubi Koreya və Ukrayna hakimiyyətləridir.

Zaxarova terror aktlarını dəstəkləyənləri və onların qarşısında məqsədli şəkildə susanları həmin hadisələrin iştirakçısı adlandırıb.

Sonda rəsmi nümayəndə BMT Katibliyini susqunluqda günahlandıraraq, bunun riyakarlıq olduğunu qeyd edib.

Seçilən
10
9
apa.az

10Mənbələr