NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“17 dekabr 2024-cü il çərşənbə günü NATO-nun Baş katibi Mark Rutte Brüsseldəki rəsmi iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək”, – deyə məlumatda bildirilir.
Danışıqlardan sonra birgə təqdimat keçiriləcək. İclasın gündəliyi dəqiqləşdirilməyib./Qafqazinfo/