Soyuq günlərdə içinizi isidəcək və faydalı içki axtarırsınızsa kəklikotu çayı düzgün seçimdir. Araşdırmalara görə, kəklikotu digər faydaları ilə yanaşı, həm də, mikrob öldürücü təsirə də malikdir. Antioksidan tərkibli kəklikotunun gücləndirici, iltihabları yox edən, ağrıkəsici, immuniteti gücləndirən, mikroorqanizmləri öldürən xüsusiyyəti də var. Həzmi asanlaşdırır, iştahanı açır və mədə problemlərini aradan qaldırır. Menustrasiya zamanı qanaxmanı balanslaşdırır və bu zaman yaranan ağrıları da azaldır. Ondan həmçinin öskürək və tənəffüs yollarının iltihabında da qarqara kimi istifadə edilir. Bu faydalıara malik çayın hazırlanma qaydasını təqdim edirik.