AZ

Millimizin sabiq hücumçusu Bakı klubu ilə anlaşdı – Müqavilə an məsələsidi

Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Albaniyann “Bilis” klubundan ayrılan 31 yaşlı hücumçu II Liqa təmsilçisi ilə bütün məsələlərdə razılığa gəlib. O, hətta yeni komandasının “Füzuli” ilə (2:1) ötəngüünkü oyununu tribunadan canlı izləyib.

Futbolçu ilə müqavilə an məsələsidi. Son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə, Yunanovla 2 illik müqavilə bağlanacaq. 

Qeyd edək ki, I və II liqa komandaları adətən futbolçularla 1 illik müqavilə imzalayır.

Qeyd edək ki, Yunanov bu ilin sentyabrında Albaniyanın “Bilis” klubuna keçsə də, ayyarım sonra tərk edib.

phrase_var_article.chosen
35
idmanxeber.az

1phrase_var_article.sources