AZ

Lənkəranda iki nəfər dəm qazından zəhərləndi

Lənkəran rayonunun Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri yeniyetmədir.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, zəhərlənənlər kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədovadır.

Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.
phrase_var_article.chosen
12
4
bakupost.az

6phrase_var_article.sources