AZ

Trent Aleksander-Arnold "Liverpul"la yeni müqaviləyə hazırdır

Bakı. Trend:

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold klubla yenimüqavilə imzalamaq üçün danışıqlara açıq olduğunu bildirib, lakinbir şərti var.

Trend xəbər verirki, 26 yaşlı futbolçu, klubun ulduz oyunçusu Məhəmməd Salahla eynimaaşı almağı tələb edir. Salahın ötən aylarda həftədə 350 min funtqazanacağı 3 illik müqavilə imzaladığı qeyd olunur. HazırdaAleksander-Arnold həftədə 180 min funt maaş alır və "Liverpul"unona həftəlik 250 min funt təklif etdiyi bildirilir. Lakin müdafiəçibu məbləği qəbul etməyib.

Danışıqların növbəti ayda davam etdirilməsi planlaşdırılır.Razılıq əldə olunmasa, Aleksander-Arnoldun "Real Madrid"ə transferigündəmə gələ bilər.

Seçilən
35
az.trend.az

1Mənbələr