AZ

Kanada Trampı razı salmaq üçün ABŞ ilə sərhədin təhlükəsizliyini gücləndirəcək

Kanada hakimiyyəti ABŞ-la sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 1,3 milyard Kanada dolları (900 milyon ABŞ dollarından çox) xərcləmək niyyətindədir.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Kanadanın ictimai təhlükəsizlik və yeni maliyyə naziri Dominik Leblanç bu planın təfərrüatlarını çərşənbə axşamı elan edə bilər.

Kanal hesab edir ki, bu tədbirlər Ottavanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı razı salmaq cəhdidir. Çünki Tramp məhz Kanada sərhədində kifayət qədər təhlükəsizlik tədbirləri görülmədiyi üçün bu ölkədən gələn mallara yüksək rüsumlar tətbiq edəcəyini bəyan edib.
Seçilən
18
7
azxeber.com

9Mənbələr