AZ

Trüdo rəhbərlik etdiyi Liberal Partiyası daxilində baş verənləri ailə münaqişəsi hesab edir

Kanadanın Baş naziri Castin Trüdo rəhbərlik etdiyi Liberal Partiyası daxilində baş verən son hadisələri ailə münaqişəsi hesab edir.

APA xarici KİV-ə isitinadən xəbər verir ki, bu barədə hökumət başçısı Kanada Liberal Partiyasının Milad şənliyində çıxışı zamanı bildirib.

Onun çıxışı yerli televiziya kanallarında yayımlanıb.

“Əksər ailələr olduğu kimi bizdə də bayramlarda bəzən dava-dalaş olur. Ancaq əksər ailələr kimi biz də bunun öhdəsindən gələ bilərik. Siyasətdə həmişə çətin günlər, böyük problemlər olur”, - Trüdo vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Kanadanın Baş nazirin müavini və Maliyyə Nazirliyinin rəhbəri Kristia Friland istefa verib. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer də istefa verdiyini açıqlayıb. Bu, müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub

Seçilən
34
1
apa.az

2Mənbələr