AZ

BMT Təhlükəsizlik Şurası Suriyada inklüziv siyasi prosesin aparılmasına çağırıb

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsasprinsipləri əsasında inklüziv siyasi prosesin həyata keçirilməsinəçağırıb.

Trend xəbər verirki, bu barədə Şuranın yaydığı bəyanatda qeyd edilib.

Şura üzvləri, BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsiGeyr Pedersenin bu prosesi asanlaşdırmaq üçün göstərdiyi səyləridəstəklədiklərini bir daha təsdiqləyiblər. Bəyanatda, bütünsuriyalıların qanuni istəklərinə cavab verən, onları qoruyan vəgələcəklərini sülh yolu ilə, müstəqil və demokratik şəkildə müəyyənetməyə imkan verən bir prosesin vacibliyi vurğulanıb.

Şura, həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi vəərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib və bütündövlətləri bu prinsiplərə hörmət etməyə çağırıb.

Bəyannamədə İsrailin işğalı altındakı Suriyanın Colantəpələrində Birləşmiş Millətlər Təşkilatının müşahidəçi qüvvəsinindəstək almasının və onun mandatının, o cümlədən 1974-cü ilmüqaviləsinin yerinə yetirilməsinin vacibliyi də qeyd edilib.

Seçilən
41
az.trend.az

1Mənbələr