Bakı. Trend:
ABŞ NATO-nun kosmosdakı imkanlarını gücləndirmək və alyansdaxilində müvafiq struktur yaratmaq üzərində çalışır.
Trend xəbər verir,bu barədə Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri, generalBredli Şans Salzman məlumat verib.
General Salzman qeyd edib ki, yaradılması planlaşdırılanstruktur qlobal miqyasda fəaliyyət göstərəcək. Bunun üçün işçiqruplar səviyyəsində erkən müzakirələrə başlanmalı və bu strukturunfəaliyyət göstərməsi üçün mövcud olan və ehtiyac duyulan resurslarmüəyyən edilməlidir.
NATO komandanlığının kosmos sahəsində geriliyi tanıdığınıvurğulayan general bildirib: “Onlar artıq müxtəlif məkanlardaəməliyyatlar haqqında düşünürlər və kosmosu geridə qalan sahələrdənbiri hesab edirlər.”
Salzman əlavə edib ki, ABŞ kosmos missiyalarına aid xərclərinNATO müttəfiqləri arasında bölüşdürülməsini müzakirə edir. Obildirib ki, ABŞ əhəmiyyətli kosmik büdcəyə malik olsa da, ehtiyacduyduğu bütün resursları təkbaşına təmin edə bilmir.