AZ

“Suriya parça-parça olacaq, çünki…” – Cefri Saks

“Suriyanın ərazi bütövlüyünü qorumaq mümkün olmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu Nyu-Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.

O bildirib ki, Suriya parça-parça olacaq. Politoloq Bəşər Əsəd hökumətinin devrilməsində ilk növbədə İsrailin günahkar olduğunu deyib.

“Bu, 30 illik siyasətin bir hissəsidir. Bu, İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqi yenidən qurmaq üçün apardığı müharibədir. Bu, fəlakət gətirib və proses davam edəcək. İsrail faktiki olaraq ABŞ-ın xarici siyasətini Yaxın Şərq və Şimali Afrikaya istiqamətləndirir”, – deyə Saks vurğulayıb./globalinfo.az/

Seçilən
8
turkustan.az

1Mənbələr