Cənubi Koreya prezidenti məhkəməni saymır
Cənubi Koreya prezidenti Yoon Sok Yol ölkəsinin Korrupsiyaya Qarşı Mübarizə Departamentinin sorğusuna cavab vermir.
Reyting.az bildirir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə parlamentində impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Cənubi Koreya prezidenti Yoon Sok Yol qiyam işi üzrə yüksək vəzifəli məmurların Korrupsiyaya Qarşı Mübarizə Departamentinin sorğusuna gəlməyib.
Qeyd edək ki, istintaq qrupu bundan əvvəl prezident administrasiyasına və onun iqamətgahına birgə tələbini poçtla göndərmişdi.
ELÇİN