AZ

Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlanılıblar

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regionalqrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsininəməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsindərabitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPPtipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, NicatCəfərov və Sənan Cəfərov saxlanılıblar.

Trend xəbər verirki, araşdırma zamanı məlum olub ki, həmin şəxslər noyabr-dekabrayları ərzində Ucar şəhəri və üç kəndin ərazisində olan rabitədirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsərək,tərkibindəki əlvan metalları metal qəbulu məntəqələrinə satıblar vəəldə etdikləri pulları öz aralarında bölüşüblər.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işibaşlanıb. Vüsal Fərzəliyev, Nicat Cəfərov və Sənan Cəfərovun digəranaloji faktlarda iştirakının olub-olmaması araşdırılır.

Seçilən
25
29
az.trend.az

10Mənbələr