AZ

Klub prezidentinin səbri daşdı, hamı qovuldu!

Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç komandanın baş məşqçisi və futbolçuları qovub.

Futbolpress.az xəbər verir ki, funksioner uğursuz nəticələr səbəbindən bu addımı atıb. Azmir bu mövsüm 17 oyunun 15-də uduzan komandada köklü dəyişikliklər etməyə qərar verib.

Funksioner yenidən klubu quracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.

“Sloboda Tuzla” Bosniya və Herseqovina çempionatında 17 turdan sonra 2 xalla 12 komanda arasında sonuncudur.

Seçilən
38
1
futbolpress.az

2Mənbələr