AZ

Prezident İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya” agentliyinə müsahibə verdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində aktual məsələlərə toxunub.

Musavat.com bildirir ki, Prezident İlham Əliyev bəzi KİV-lərdə yayılan Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planları ilə bağlı məlumatların əsassız olduğunu bildirib:

“Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı yayılan xəbərlər siyasi spekulyasiyadır. Bu cür bazanın yaradılmasına heç bir ehtiyac yoxdur”, – deyə Prezident Əliyev vurğulayıb.

“Rusiyadan Qarabağa investisiya gözləyirik”

Prezident Əliyev, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası ilə bağlı Rusiya investisiyalarını gözlədiyini bildirib:

“İlk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirildi. Bu, Cəbrayıl rayonunda açılan “KamAZ” servis mərkəzidir. Mərkəz Tatarıstan rəhbəri və mənim tərəfimdən açıldı. İlk xarici investisiya layihəsi də məhz Rusiyaya məxsus oldu. Buna görə biz həm investisiyaları gözləyirik, həm də Rusiya şirkətlərini podratçı kimi görməyə şad olarıq”, – deyə Prezident qeyd edib.

Qeyd: Bu xəbər internetdə yayılan qısa parçalar əsasında hazırlanıb. Yaxın saatlarda müsahibənin mətn və video formatında tam versiyası yayımlanacaq.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr