AZ

Viktoriya Bekhem burnunu əməliyyat etdirib?

“Spice girls” pop qrupunun keçmiş üzvü, dünyaca məşhur dizayner 50 yaşlı Viktoriya Bekhem “rinoplastika” (əməliyyat yolu ilə burnun kiçildiməsi və daha estetik hala gətirilməsi – red.) etdirməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

OLAY yazır ki, bu haqda Viktoriya “The Today Show”a müsahibəsində danışıb.

“Keçmişdə bir çox insan burnumdan hansısa əməliyyat keçirdiyimi deyirdi. Amma heç vaxt plastik əməliyyat etdirməmişəm”, - deyə dizayner vurğulayıb. 

Dünya şöhrətli ulduz futbolçu Devid Bekhemin arvadı görünüşündəki dəyişikliklər onun üz xüsusiyyətlərini yaxşılaşdırmağa və vurğulamağa kömək edən makiyaj sayəsində əldə etdiyini dilə gətirib.

“Burnumun üzərinə, sadəcə düşünülmüş kontur çəkirəm. Beləcə burnum daha ideal və estetik forma alır”, - deyə V.Bekhem bildirib. 

phrase_var_article.chosen
11
olay.az

1phrase_var_article.sources