Bakıda asfalt qatının çökməsi sürücülərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, artıq bu məsələ ilə bağlı bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb.
Belə ki, Babək prospektinin girişindəki körpüdə asfalt qatı yararsız hala düşüb. Hərəkət zamanı sürücülər qabarmış asfalt qatına düşməmək üçün sağa-sola manevrlər edirlər. Bu isə ümumilikdə hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradır. Eyni zamanda avtomobillərin asqı sistemini sıradan çıxarır.
Qeyd edək ki, asfalt qatının vəziyyəti ucqar kənd yollarını xatırladır. Şəhərin mərkəzində belə bir mənzərənin yaranması heç də ürəkaçan deyil.
Ümid edirik ki, aidiyyəti qurumlar sürücülərin narazılığına səbəb olan bu məsələni tez bir zamanda aradan qaldıracaq.
Könül Rauf