AZ

Yunanıstan Rusiyadan LNG alışını 6 ay fasilədən sonra bərpa edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yunanıstan oktyabr ayında 2024-cü ilin martından bəri ilk dəfə Rusiyadan sıxılmış təbii qaz (LNG) idxal etməyə başlayıb. Bu məlumat Eurostat-ın hesabatlarında qeyd olunub.

2024-cü ilin aprel ayında LNG alınması dayandırılmışdı. Lakin oktyabr ayında idxal yenidən başlanaraq 27,3 milyon avro təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azdır.

Eyni zamanda, boru kəməri vasitəsilə qaz tədarükü davam edib və hətta oktyabr ayında illik müqayisədə 2,3 dəfə artaraq 149,6 milyon avroya çatıb.

Cari ilin əvvəlindən bəri ümumi idxalın dəyəri 1,2 milyard avro olub ki, bu da keçən ilin eyni dövrü ilə eyni səviyyədədir. Beləliklə, 2024-cü ilin ilk on ayında Yunanıstan Rusiyadan ümumilikdə 1,3 milyard avro dəyərində qaz alıb ki, bu da keçən ilin göstəricilərindən 10% azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr