İtaliya A Seriyasının 16-cı turunda “İnter” Romada “Latsio” üzərində qələbə qazanaraq, 6 cavabsız qol vurub.
Fanat.Az xəbər verir ki, darmadağının əsasını penaltidən türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qoyub.
Məlum olub ki, bu, Çalhanoğlunun İtaliya çempionatında oynamağa başladığı vaxtdan bəri A Seriyasında vurduğu 100-cü qolu olub. "Opta"-nın hesablamasına görə, o, bu görüşlərdə 48 qol vurub və 52 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Hakan “İnter”dən əvvəl Milanın başqa klubunda – şəhərin eyniadlı komandasında çıxış edib. O, 2021-ci ilin yayında komandasını dəyişib.
Mirağa