AZ

Avropa Superliqasının adı dəyişdi

Avropa Superliqasının adı dəyişdi, "Birləşmiş Liqa" olaraq fəaliyyət göstərəcək.

Bizim.Media "GiveMeSport" mənbəyinə istinadən xəbər verir ki, Avropa Superliqası UEFA-dan rəsmi icazə alaraq "Birləşmiş Liqa" adı ilə fəaliyyətini davam etdirəcək. Turnir "Ulduz", "Qızıl", "Mavi" və "Ümumi" liqalarına bölünəcək.

"Birləşmiş Liqa"nın təşkilatçıları artıq UEFA-dan turnirin keçirilməsi üçün rəsmi icazə alıblar.

Əvvəlcə Superliqa layihəsinə Avropanın 12 böyük futbol klubu qoşulmuşdu, lakin FIFA və UEFA-nın sanksiyalarla bağlı təhdidləri üzündən klublar layihədən çəkildilər. Hazırda yalnız İspaniyanın "Real" və "Barselona" klubları Avropa Superliqasında qalır.


Bizim.Media 

Seçilən
34
bizim.media

1Mənbələr