AZ

Fransalı futbolçu Premyer Liqa yolunda

“Lion”un futbolçusu Rayan Çerki karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi”, “Tottenhem”, “Arsenal”, “Nyukasl” və “Liverpul” fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. İngiltərə təmsilçiləri yanvarda oyunçunun transferini həll etmək istəyir.

Maliyyə problemləri yaşayan “Lion” yaxşı təklif gələcəyi halda, “yox” deməyəcək.

Çerki bu mövsüm 17 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib. 21 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 30 milyon avrodur.

Seçilən
32
futbolpress.az

1Mənbələr