AZ

Arvadını döyən kişiyə HÖKM OXUNDU

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qulam Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub. İttihama görə, hadisə 12 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Qulam Əkbərov yaşadıqları evin qonaq otağında həyat yoldaşı, zərərçəkmiş Kəmalə Əkbərova (şərti) mübahisə edib. Buna səbəb qadının onunla kobud danışması olub. Sonra o, qəsdən yumruqla bir dəfə zərərçəkmiş şəxsin qol, bir neçə dəfə isə əli ilə çənə və sinə nahiyələrindən vuraraq, ona yüngül zərər yetirib. 

Hadisədən sonra Qulam Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs arvadı ilə barışdığını söyləyərək barəsində Cinayət Məcəələsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib. 


Bizim.Media 

phrase_var_article.chosen
11
5
bizim.media

6phrase_var_article.sources