Londonda nəşr olunan “The Economist” iqtisadi jurnalı 2024-cü ildə ən yaxşı iqtisadi göstəricilərə malik ölkələrin siyahısını açıqlayıb.
OECD ölkələri; Jurnalın ÜDM artımı, birja performansı, əsas inflyasiya, işsizlik nisbəti və büdcə kəsiri kimi kriteriyalara görə qiymətləndirdiyi siyahı diqqətçəkən nəticələr ortaya qoyub. 37 ölkənin yer aldığı siyahıda inflyasiyanı azaltmaq üçün mübarizə aparan Türkiyə 35-ci yerdə qərarlaşıb və gözləntilərin altında performans göstərib. Siyahının sonuncu pilləsində Estoniya 37-ci, Latviya isə 36-cı yerdə qərarlaşıb. İspaniya “The Economist” tərəfindən 2024-cü ilin ən uğurlu iqtisadiyyatı seçilib . Pandemiya dövründə böyük zərbə alan ölkə son beş ildə əlamətdar bir bərpa prosesi yaşadı. Ölkədə ÜDM artımının 3 faizi keçəcəyi gözlənildiyi halda, turizm sektorunda rekord artım iqtisadi artıma böyük töhfə verdi. Jurnal İspaniyanın iqtisadi göstəricilərini yüksək qiymətləndirib və “Avropanın İspaniyadan öyrənəcəyi çox şey var” şərhini yazıb
2024-cü ilin ən yaxşı 10 iqtisadiyyatı
1.İspaniya
2.İrlandiya
3.Danimarka
4.Yunanıstan
5.İtaliya
6.Kolumbiya
7.İsrail
8.Litva
9.İsveçrə
10.Cənubi Koreya
Mehin Mehmanqızı