AZ

ABL-də VII tura üç oyunla yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında VII tura bu gün üç oyunla yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, B qrupunda "Quba" evdə "Gəncə"ni, "Ordu" isə "Şəki"ni qəbul edəcək.

Quba Olimpiya İdman Kompleksinin idman zalında keçiriləcək görüş saat 14:00-da start götürəcək. "Sərhədçi" İdman Mərkəzində reallaşacaq "Ordu" - "Şəki" matçının start fiti isə 15:00-da səsləndiriləcək.

Hazırda "Gəncə" B qrupunda 11 xalla birincidir. "Quba" isə 8 xalla sonuncu - 6-cıdır. "Ordu" ikinci, "Şəki" üçüncü pillədə qərarlaşıb. Hər iki komandanın 10 xalı var.

A qrupunda "Abşeron" "Sərhədçi" ilə qarşılaşacaq. Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 18:00-da başlayacaq. "Abşeron" qrupda üçüncü, "Sərhədçi" isə dördüncü pillədədir. Hər iki komanda 9 xala malikdir.

Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələyib.

Seçilən
4
4
ikisahil.az

10Mənbələr