AZ

Azərbaycanın ticarət balansında 11 aya 5.6 mlrd. dollar qalıq yaranıb

Azərbaycanın xariclə ticarət saldosu cari ilin ilk 11 ayında 5 milyard 566.17 milyon ABŞ dollarına qalxıb.

Banker.az bunu Dövlət Gömrük Komitəsi tərəfindən dərc edilən ilkin statistik məlumatlara istinadən xəbər verir.

Noyabrda ixrac cari ilin martından bu tərəfə ən aşağı həcmdə olub. Keçən ayda ümumilikdə xaricə 1 mlrd. 599.6 mln. dollarlıq məhsul ixrac edildiyi halda, ölkəyə 2 mlrd. 135 mln. dollarlıq məhsul idxal olunub ki, nəticədə noyabr ayına düşən ticarət balansında 535.3 mln. dollarlıq defisit yaranıb. Noyabrdakı defisit son illərdə müşahidə edilən ən iri aylıq defisitdir.

Ölkə ümumilikdə 2024-cü ilin yanvar-noyabr ayları ərzində xaricə 24 mlrd. 337.86 mln. dollarlıq məhsul satıb, 18 mlrd. 771.69 mln. dollarlıq məhsul alıb.

İxracın 87.3 faizini neft-qaz məhsulları təşkil edib. Bunun 13 mlrd.  304.4 mln. dolları xam neft, 7 mlrd. 604.2 mln. dolları təbii qazın payına düşüb.

34

Seçilən
26
banker.az

1Mənbələr