AZ

Kartof ixracından gəlirlər kəskin azalıb - RƏQƏMLƏR

2024-cü ilin yanvar-noaybr ayında Azərbaycandan 20 milyon 478 min dollar dəyərində 48 min 259 ton kartof ixrac olunub.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə  10 milyon 575 min dollar və ya 34%, miqdar ifadəsilə 22 min 911 ton, başqa sözlə 32% azalıb.

2023-cü ilin  11 ayında isə Azərbaycandan 31 milyon 53  min dollar dəyərində 71 min 170 ton kartof ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 72 qəpik  olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 74 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik  və ya 2,7% azalma deməkdir.

Bu il ümumi ixracının 0.08%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,66%-i kartofun payına düşüb.

phrase_var_article.chosen
27
1
fed.az

2phrase_var_article.sources