AZ

Almaniya nümayəndələri Suriyada keçid hökumətinin təmsilçiləri ilə görüşüb

Almaniyanın Yaxın Şərq üzrə komissarı Tobias Tunkelin başçılıq etdiyi  nümayəndə heyəti  “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əhməd əl-Şara, qrupun xarici əlaqələr üzrə nümayəndəsi Zayed əl-Attar ilə danışıqlar aparıb.

KONKRET.az xəbər verir ki,  görüşdə tərəflər Suriyadakı siyasi keçid və insan haqlarını müzakirə ediblər, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, nümayəndə heyəti vətəndaş cəmiyyəti və dini təşkilatların təmsilçiləri ilə danışıb və Almaniyanın Dəməşqdəki səfirliyində olub. Məlumatda bildirilir: “Müzakirədə əsas diqqət siyasi keçid və Suriyada dinc inkişafı görmək üçün azlıqların və qadınların hüquqlarının qorunması ilə bağlı gözləntilərimizə yönəldilib”.

Vəli Həsənoğlu,

KONKRET.az

phrase_var_article.chosen
15
konkret.az

1phrase_var_article.sources