“Lion” klubunun futbolçusu Rayan Çerki karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
"Operativ Media" Fransa mətbuatına istinadən xəbər verir ki, “Çelsi”, “Tottenhem”, “Arsenal”, “Nyukasl” və “Liverpul” klubları gənc yarımmüdafiəçinin xidmətində maraqlıdır. İngiltərə təmsilçiləri oyunçunun transferini yanvar ayında reallaşdırmağı planlaşdırır.
Maliyyə çətinlikləri ilə üzləşən “Lion” klubunun yaxşı təklif gəldiyi halda transferə razılıq verəcəyi bildirilir.
Çerki cari mövsümdə 17 matçda iştirak edərək 5 qol vurub və 7 məhsuldar ötürmə edib. 21 yaşlı futbolçunun transfer qiyməti təxminən 30 milyon avro təşkil edir.