"90 min Azərbaycan gənci torpaqlarımızı azad etməyə çıxırsa, 3 min gənc həyatını itirirsə, biz xaricdə yaşayanlar Azərbaycana qayıtmaq üçün nə risk etmiş ola bilərik?" Minesetodan Xankəndiyə gəlməyimin səbəbi budur".
Pravda.az xəbər verir ki, Qarabağ Universitetinin Tibb proqramlarının direktoru "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib.
"Çalışdığım klinika deyirdi ki, xəstə hər şeydən öndə gəlir. Əslində isə işçi öndə gələndə xəstə də öndə gəlir. Düşündüm ki, bunu Qarabağda tətbiq etmək olsa, səhiyyəmizdə fərq yarada bilərik" - o qeyd edib.
Aytəkin Qardaşova
Tarix: 18 Dekabr 2024, 09:51