2050-ci ilə qədər İngiltərədə 6 milyondan çox mülk sel suları altında qala bilər.
Bu barədə Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EA) hesabatında deyilir. Sənəddə deyilir: “İngiltərədə təxminən 6,3 milyon mülk (evlər və bizneslər) bir və ya bir neçə mənbədən (çaylar, dənizlər, yerüstü sular) daşqın riski olan ərazilərdə yerləşir”.
Araşdırmalara görə, 2050-ci ilə qədər daşqın riski altında olan mülklərin sayı 8 milyona çatacaq. Alimlərin fikrincə, buna səbəb iqlim dəyişikliyidir. Lakin hesabatda bunun Böyük Britaniya üçün iqtisadi nəticələrinin xeyli artacağı bildirilir. Müəlliflər xatırladıblar ki, 2016-2019-cu illərdə İngiltərə və Uelsdə daşqınlar nəticəsində dəymiş ziyan müxtəlif hesablamalara görə 504-924 milyon funt-sterlinq arasında dəyişib.
Qeyd edək ki, noyabr ayında İtaliyada güclü yağışlar yağıb. Toskana və Emiliya-Romanya bölgələrindən sonra Siciliya da su altında qalıb. 12 saat ərzində adaya təxminən 500 mm yağıntı düşüb.
//Gülnarə Abasova, Editor.az