İki naməlum mənşəli ulduzun qalaktikadakı böyük ölçülü “qara dəlik” ətrafında fırlanması ehtimal olunur...
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə “Nature Communications” elmi jurnalında məlumat verilib.
Bildirilib ki, “qara dəliyin” ətrafında ulduzların görünməsi adi hal olsa da ona bu qədər yaxın ərazidə iki ulduzun müşahidə olunması indiyədək görülməmiş hadisədir.
Kaliforniya Universitetinin astrofiziki Anna Sirulo ulduzların mənşəyi və strukturunu müəyyən etmək üçün geniş tədqiqatlara ehtiyac olduğunu açıqlayıb.
Onun qənaətincə yaşı 2,7 milyon ilədək olan bu xarakterli obyektlər “yeni ulduzlar” sayılır.
Poliqon.info